GÖL DÜZƏNLİYİ

yox olmuş gölün yerində əmələ gəlmiş və əsasən göl çöküntülərindən təşkil olunmuş düzənlik ( məs: Şm. Amerikada Aqassis göl düzənliyi; Azərbaycanda Ağçala, Mahmudçala və b. göllərin yerində əmələ gəlmiş düzənliklər). озерная равнина lake plain
GÖL ÇÖKÜNTÜLƏRİ
GÖL TERRASI
OBASTAN VİKİ
Delta düzənliyi
Kanto düzənliyi
Kanto düzənliyi (yap. 関東平野) və ya Tokio düzənliyi (yap. 東京平野) — Yaponiyanın ən böyük düzənliyi, Honşu adasının şərqində, Sakit okean sahilində, Kanto regionunda yerləşir və region ərazisinin təqribən 40%–ini təşkil edir. Sahəsi 13 min km²–dir. Şimaldan cənuba 110 km, qərbdən şərqə 140 km məsafədə uzanır. Tektonik çökəklikdir. Vulkan külü ilə örtülmüş Pleystosen çöküntülərindən təşkil olunmuşdur. İqlimi rütubətli mülayimdir. Sıx çay şəbəkəsi var. Çayları (yap.
Lay düzənliyi
Lay düzənliyi (rus. пластовая равнина, ing. plain built of horizontal strata) — platforma örtüyün laylarından təşkil olunmuş, demək olar ki, üfqi yatımlı və ya zəif meyilli platforma plitələri düzənliyi. L.d. daxilində akkumulyativ ovalıq və laylı denudasion yüksəklik ayrılır.
Moldova düzənliyi
Moldova düzənliyi (rum. Câmpia Moldovei ) - Molovanın şimal-qərbində yerləşən coğrafi obyekt. Düzənliyin bir hissəsi Rumıniyanın şimal-şərqinə aiddir. Moldova düzənliyi Moldova yaylasının altı komponentindən biri hesab olunur. Düzənlik adlandırılmasına baxmayaraq ərazinin relyefi yetərincə təpəlidir. Moldova düzənliyi Moldova yaylasının mərkəzi-şimal hissəsində yerləşir. Hündürlüyü 200 metr arasında dəyişir. Düzənlik aşağıdakı hissələrdən ibarətdir: 1) Jijia düzənliyi. Düzənlik Prut çayından qərbdə yerləşir. 2).Orta Prut vadisi və ya Prut orta düzənliyi.
Naxçıvan düzənliyi
Naxçıvançay düzənliyi — Azərbaycanın Naxçıvan bölgəsində coğrafi yer. Düzənliyin şimal sərhəddi Xalxal meşəsi yaxınlığından keçərək, Dərələyəz və Zəngəzur dağlarının cənub yamacları ilə hüdudlanmışdır. Naxçıvançayın kiçik qollarının qobuları ilə və dayaz yarğanlarla mürəkkəbləşmişdir. Bunlardan əlavə, Naxçıvançayın aydın seçilən terrasları düzənliyin qərb və şərq kənarlarına doğru ucalan pillələr yaratmışdır. Belə terrasların sayı 4-ə çatıb, Naxçıvançayın müasir yatağından 2, 10, 13–50 və 70 m hündürlükdə yerləşmişdir. Düzənliyin əsas hissəsini allüvial-prolüvial çöküntülər təşkil edir. Dördüncü dövr çöküntülərinin qalınlığı düzənliyin dağətəyi hissəsindən Arazın kənarına doğru 10–15 m –dən 35 m-dək artır. Naxçıvan şəhəri ərazisində çöküntülərin qalınlığı 5,8 m-dən 46 m-dək dəyişir. Düzənliyin Arazkənarı hissəsində sulu çöküntülərin eni 6 km –ədək yaxın bir zolaq şəklində Araz çayı boyunca uzanmışdır. Sulu zolaq düzənliyin şimal-qərb və cənub-şərq hissələrində ensizləşir.
Ortadunay düzənliyi
Ortadunay çökəkliyi, həmcinin Ortadunay düzənliyi, Orta Dunay ovalığı, Tiso-Dunay çökəkliyi, Pannon düzənliyi (xorv. Panonska nizina, çex. Panonská pánev, mac. Kárpát-medence, slovak. Panónska panva, alm. Pannonische Tiefebene‎, rum. Câmpia Panonică, ukr. Тисо-Дунайська низовина, serb. Панонска низија, sloven. Panonska nižina, bosn.
Qaraboğaz düzənliyi
Qaraboğaz düzənliyi — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir. Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur.
Rus düzənliyi
Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi. Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır. Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir. Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir. Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür.
Yaycı düzənliyi
Yaycı düzənliyi — Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10–12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720–960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.
Zandr düzənliyi
Zandr düzənliyi — Bilavasitə uc morenlərin xaric kənarları qarşısında yerləşən və buzlaqdan əriyib gələn suların gətirdiyi çınqıl və qum çöküntülərindən əmələ gələn meyilli-dalğalı düzənliyə deyilir.
Çeçen düzənliyi
Çeçen düzənliyi (rus. Чече́нская равнина, çeç. Нохчийн аре) — Şimali Qafqazın cənubunda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən düzənlik. Maksimum uzunluğu 110 km, maksimum eni 40 km-ə qədərdir. Çınqıllardan ibarətdir. Əsasən Çeçenistan Respublikası ərazisində, daha az hissəsi İnquşetiyada yerləşir. Bura Çeçenistan əhalisinin çoxunun cəmləşdiyi ərazidir. Düzənlik şimalda Terek, Sunja və Qroznı dağ silsilələri, qərbdə Nazran yaylası, şərqdə Qudermes dağ silsiləsi, cənubda Böyük Qafqaz dağları ilə əhatə olunmuşdur. Çeçenistan və İnquşetiyanın ən böyük şəhərləri Çeçen düzənliyində yerləşir: Qroznı, Urus-Martan, Şalin, Arqun, Qarabulaq. Рыжиков, Валентин Васильевич.
Öndağ düzənliyi
Öndağ düzənliyi- dağların ətəyinə söykənən, əmələgəlməsi və inkişafı onlarla bağlı olan, düzənlik. Aydın müşahidə edilən meyilliyə malik olub, akkumulyativ və ya denudasion mənşəli ola bilər.
Şiraki düzənliyi
Şiraki (gürcü: შირაქის ვაკე, shirak'is vake) — Gürcüstanın İori yaylasında düzənlikdir. Düzənlik cənubdan İori çay vadisi ilə, şimaldan Qanıxçay ilə, şərq sərhədində, Azərbaycanın Mingəçevir su anbarı ilə, qərbdə Tsiv-Qombori silsiləsi ilə əhatələnib. Şiraki düzü taxıl bitkilərinin becərildiyi və qışda mal-qaranın otlandığı çöllərdən ibarətdir. Bölgədə bəzi neft yataqları və arxeoloji məkanlar mövcuddur. Şiraki, dəniz səviyyəsindən 500 metrdən 700 metrə qədər yüksəklikdə yerləşən, 35 kilometr uzunluğunda və 15 kilometr eni olan düzənlik ərazidir. Dördüncü dövr yataqları və artezian suları ilə zəngindir. Bölgədə iqlim mülayim kontinentaldır, orta illik temperaturu 10 ° C, yanvarda -3.8 ° C, iyulda 22.8 ° C təşkil edir. İllik yağıntılar azdır və qeyri -bərabər paylanır, orta hesabla 490 mm yağıntı düşür. Şiraki düzünün florasına çöl bitkiləri daxildir. Hal -hazırda, ərazinin çox hissəsi, ilk növbədə dənli bitkilər üçün əkin sahələri kimi istifadə olunur və Gürcüstanın çörək məkanı kimi tanınır.
Şərur düzənliyi
Şərur maili düzənliyi — Arpaçayın gətirmə konusundan ibarət düzənlik. Bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780–850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik mailidüzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir. Şərur maili düzənliyinin səthi Şərqi Arpaçay və ondan ayrılmış arxlar, kanallar vasitəsilə parçalanmışdır. Ərazinin torpaq örtüyü əsasən boz-qonur torpaqlardan ibarət olmuşdur. Hazırda dənli bitkilərin yayıldığı sahələrdə tarlalararası zolaqlarda iyli yovşan, barmaqvari çayır, çöl sarmaşığı, hələb kalışı, adi qamış, tülküquyruq acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, quşüzümü, əmənkömənci və s. yayılmışdır. Şərur düzü Naxçıvan MR-in əsas əkinçilik sahəsi hesab edilir.
Göl (Marağa)
Göl (fars. گل‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (73 ailə).
Göl (dəqiqləşdirmə)
Göl
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Göl (Çaroymaq)
Göl (fars. گل‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (31 ailə).
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Göl delfinləri
Göl delfinləri (lat. Lipotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Göl ehtiyatları
Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Göy-göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göy göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göygöl (göl)
Göygöl — Azərbaycanda göl. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.